"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində dünən Bakıda "Çelsi"yə qarşı keçirdiyi oyunda zədələnən yarımmüdafiəçi Kadi Borges uzun müddətə sıradan çıxıb.
Fanat.Az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçu oyundan dərhal sonra "Qarabağ"ın tərəfdaşı olan "Liv Bona Dea Hospital"da müayinədən keçib.
Müayinənin nəticələrinə əsasən, futbolçunun sol fibulasında sınıq aşkarlanıb. Həkimlərin ilkin proqnozuna görə, Kadi Borgesin müalicə və bərpa prosesi təxminən 8–10 həftə davam edəcək.