AZ

Qəbul və buraxılış imtahan sistemi köhnəlib- ÖZƏL

Qəbul və buraxılış imtahanlarında "köməklik" göstərməkdə təqsirləndirilən şəxslər barədə cinayət işinin məhkəməyə göndərilməsi barədə Baş Prokurorluğun məlumatı yayılıb. "Olaylar"ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli bildirib ki,  məsələ təkcə bir neçə şəxsin cəzalandırılması ilə bitmir: "Problem daha dərindədir. Cəmiyyət üçün kimin saxlanıldığı, kimə hökm oxunduğu o qədər də maraqlı deyil, çünki sistemin özü köhnəlib. Əgər Dövlət İmtahan Mərkəzinin işinə texnoloji və ya qeyri-rəsmi müdaxilələr mümkündürsə, deməli, artıq bu mexanizm etibarlılığını itirib.
DİM-in illərlə formalaşan imici zədələnib. İnsanlar imtahanlara inamını itirirsə, bu, təkcə bir qurumun deyil, bütün təhsil sisteminin böhranıdır. Bəlkə də qəbul imtahanlarının bugünkü "test erasını" başa vurmaq və yeni, şəffaf, fərdiyyətə əsaslanan qiymətləndirmə modelinə keçmək vaxtıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr