AZ

“İsrailin hücumuna cavab verməsəydik, gələcək üçün təhlükəli olacaqdı” - İran XİN rəhbəri

“İsraillə 12 günlük müharibə dövründə Tehranın cavab verməkdən başqa yolu qalmamışdı”.

Missiya.Az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

Onun sözlərinə görə, əgər hücum edən tərəf nəticə əldə edə bilsəydi, bu, gələcəkdə təhlükəli vəziyyət yarada bilərdi.

Əraqçı bildirib ki, İran ölkəyə qarşı hərbi hücumun heç bir nəticə verməyəcəyini sübut etməli idi.

Nazir əlavə edib ki, çəkindiricilik yalnız hərbi sahə ilə məhdudlaşmamalıdır:

“Bu güc sosial, iqtisadi və diplomatik sahələrdə də mövcud olmalıdır”, - deyə siyasətçi vurğulayıb.

Əraqçı çıxışında, habelə, müharibə zamanı xalqın düşmən qarşısında tam birlik və həmrəylik nümayiş etdirdiyini də qeyd edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
46
1
missiya.az

2Mənbələr