AZ

“Qarabağ”ın prezidenti azarkeş dəstəyindən danışıb

“Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının dördüncü turunda “Çelsi” ilə keçirilən oyunda azarkeşlərin dəstəyindən danışıb.

İdman.Biz xəbər verir ki, Gözəl “Çempionat” nəşrinin müxbiri ilə söhbəti zamanı azarkeşlərin oyuna Rusiyadan gəlməsi və tribunada “Qarabağ”a dəstək göstərməsini müsbət qiymətləndirib.

“Mən “Qarabağ”ın Rusiyadan belə dəstəyə sahib olmasına sevinirəm. Üstəlik, bu gün bizim üçün böyük gün idi. “Çelsi” dünyanın ən böyük komandalarından biridir. Etdiklərimizlə qürur duyuruq. Rusiya ilə bizim əla münasibətlərimiz və ortaq tariximiz var. Ona görə də Rusiyadan olan dəstəyə yalnız sevinə bilərik”, - Gözəl deyib.

İdman.Biz

Seçilən
12
idman.biz

1Mənbələr