AZ

Asiyada qlobal təhsil mərkəzi yaranır

Monash University rəsmi olaraq Malayziyanın paytaxtı Kuala Lumpurda yeni kampus açmaq planını açıqlayıb. Belə ki, bu universitetin strategiyasına görə bu kampus 2040‑cı ilə qədər təxminən 23 000 tələbəni qəbul edə biləcək.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım beynəlxalq tələbə mobililiyini artırmaq, təhsilin keyfiyyətini yüksəltmək, yüksək səviyyəli akademik imkanlar yaratmaq və Asiya regionunda qlobal təhsil sektorunda universitetin nüfuzunu gücləndirmək məqsədi daşıyır. Yeni kampus müasir tədris infrastrukturuna, qabaqcıl laboratoriyalara, innovasiya və araşdırma mərkəzlərinə, habelə rəqəmsal öyrənmə və texnologiya imkanlarına malik olacaq, tələbələrə nəzəri biliklərlə yanaşı praktiki bacarıqları inkişaf etdirmək, müxtəlif sahələrdə tədqiqat və layihələrdə iştirak etməkdir. 

Həmçinin beynəlxalq mühitdə mədəni və akademik mübadilə aparmaq imkanı verəcək, universitet kampusda həm yerli, həm də xarici tələbələr üçün müxtəlif sosial və akademik proqramlar təşkil edəcək, fakültələrarası əməkdaşlığı və sənaye tərəfdaşları ilə əlaqələri gücləndirəcək, beləliklə tələbələrin karyera imkanlarını genişləndirəcək və Monash University‑nin Asiya və dünya üzrə elmi və akademik liderliyini möhkəmləndirəcək.

Seçilən
22
azedu.az

1Mənbələr