AZ

“Bi Umut” filmi ilk dəfə “CineMastercard”da nümayiş olunacaq

“CineMastercard” kinoteatrlar şəbəkəsində noyabrın 7-dən etibarən türk ailəvi dram janrında çəkilmiş “Bi Umut” filminin eksklüziv nümayişi başlayır.

Doğru.az xəbər verir ki, real hadisələr əsasında ekranlaşdırılan film xəstəxanada ailəsiz və dəstəksiz qalan rus gəncə on il boyunca analıq edən türkiyəli Gülsüm Kabadayının həyat hekayəsindən bəhs edir. Təsirli ekran əsəri insan mərhəmətini, ana sevgisini və empatiyanın gücünü əks etdirir.

Filmin rejissoru Gökhan Arı insan ruhunun möhkəmliyi və möcüzəyə inam mövzusunda duyğusal bir hekayə yaradıb. Baş rollarda Hülya Duyar, Leon Kemstaç, Fikret Kuşkan, Celal Öztürk, Hayat Van Eck və Arzum Onan yer alıblar.

“Bi Umut” – hər yaşdan tamaşaçının qəlbinə toxunan, insan münasibətlərinin dəyərini göstərən ilhamverici filmdir.

Film yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

DOĞRU.AZ

Seçilən
4
6
dogru.az

7Mənbələr