AZ

Bu il Cənubi Qafqaz Boru Kəmərinin əsaslı xərcləri 61 %-dən çox artıb

Bu

Bu ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin əməliyyat xərcləri təqribən 52 milyon ABŞ dolları təşkil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin tərəfdaşları adından bu ilin üçüncü rübünün yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2024-cü ilin üç rübünün nəticələri ilə müqayisədə 8 milyon ABŞ dolları və ya 13,3 % azdır.

Bu ilin yanvar-sentyabr aylarında boru kəmərinin əsaslı xərcləri 21 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 8 milyon ABŞ dolları və ya 61,5 % çoxdur.

Bu ilin ilk 9 ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,1 milyon kubmetr olub ki, bu da 2024-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 1,4 milyon kubmetr və ya 2,3 % çoxdur.

Qeyd edək ki, CQBK 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır, CQBKG sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, CQBK şirkətinin sərmayədarları qismində BP (29,99 %), "LUKoil" (19,99 %), Cənub Qaz Dəhlizi (21,02 %), "LUKoil" (19,99 %), TPAO (19,00 %), NİKO (10,00 %) çıxış edirlər.

Seçilən
30
1
xalqcebhesi.az

2Mənbələr