AZ

2026-cı il büdcəsində səhiyyə xərclərinin xüsusi çəkisinin 4,9 %-ə çatması müsbət haldır – Soltan Məmmədov

Bakı. Trend:

2026-cı ilin dövlət büdcəsinin xərclərinin 41 %-nin sosialyönümlü xərclərə yönəldilməsi, Dövlət Sosial Müdafiə Fondunun həmxərclərinin, həm də gəlirlərinin artımı, İşsizlikdən Sığorta Fonduçərçivəsində həyata keçirilən aktiv məşğulluq tədbirləriningenişləndirilməsi təqdirəlayiqdir.

Trend xəbərverir ki, bunu bu gün Milli Məclisin Səhiyyə komitəsinin üzvüSoltan Məmmədov parlamentin bir neçə komitəsinin ortaq iclasında“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında”qanun layihəsinin müzakirəsi zamanı deyib.

S.Məmmədov vurğulayıb ki, həm 2026-cı ilin dövlət büdcəsində,həm də icmal büdcədə səhiyyəyə ayrılan vəsaitin artması ölkədəuğurla həyata keçirilən icbari tibbi sığortanın bariz nümunəsidir.Dövlət büdcəsinin xərcləri strukturunda səhiyyə xərclərinin xüsusiçəkisinin 4,9 %-ə çatması və buradakı 1 % artım müşahidə olunmasıda müsbət haldır.

“Xüsusilə, icmal büdcədə Dövlət İcbari Tibbi Sığorta Fondunun2026-cı il üzrə xərclərinin əhəmiyyətli hissəsinin məhz cari ilinsonuna qədər istifadə olunmamış gəlirlər hesabına qarşılanacağınınəzərə alaraq, gələcəkdə fondun real gəlirləri kontekstində busiyasətin davamlılığı necə təmin olunacaq? İstərdim ki, bu haqdaməlumat verilsin.

Biz hər zaman xüsusi Dövlət Proqramlarının İcbari Tibbi SığortaFondu çərçivəsində həyata keçirilməsini arzulamışıq və bu, bu günhəyata keçirilir. Bilmək istərdim ki, hələ də dövlət proqramıçərçivəsində maliyyələşdirilən həmin 6 proqramla yanaşı, digər 8proqramın fond hesabına maliyyələşdirilməsi ilə bağlı qərarda hansıgöstəricilər əsas götürülüb? Çünki biz hər il qeyd edirik ki, bulayihələrin icrasının monitorinqi çox önəmlidir”, - deyə deputatbildirib.

Millət vəkili əlavə edib ki, bu proqramlar xüsusi həssasqrupları və tam tibbi yardıma ehtiyacı olan insanları əhatəedir.

“Eyni zamanda, ilkin səhiyyə xidmətinin inkişafı ilə bağlı damüəyyən tədbirlərin genişləndirilməsini arzu edirəm. Bu günimmunoprofilaktika proqramına ayrılan büdcənin artımı bizisevindirir. Bu da ilkin səhiyyə xidmətində böyük uğur kimiqiymətləndirilə bilər.

Ümumilikdə, səhiyyə sahəsində gələcəkdə bu Dövlət Proqramlarınınsığorta büdcəsi hesabına maliyyələşdirilməsi və onlarınmonitorinqinin həyata keçirilməsi çox vacibdir”, - deyə o fikrinitamamlayıb.

Məqalədə:
Seçilən
26
3
az.trend.az

4Mənbələr