Bu ilin üç rübü ərzində Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı üzrə fəaliyyətlərə təxminən 2 592 mln. ABŞ dolları xərclənilib, bu da illik müqayisədə 9,7% artım deməkdir.
Bu barədə Herbiand.az BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin ilk doqquz ayıının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə “Şahdəniz” fəaliyyətlərə təxminən 1 milyard 836 milyon dollar əməliyyat xərcləri və təxminən 756 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam edib”, - hesabatda qeyd olunur.
Bildirilir ki, ilin ilk doqquz ayında yataqdan ümumilikdə - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birlikdə təqribən 21 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 75,7 milyon (ildə təqribən 27,6 milyard) standart kubmetrdir.