AZ

Vətən Müharibəsi Qəhrəmanı - şəhid XTQ polkovnik-leytenantı Ramiz Cəfərovun anım günüdür

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Ramiz Sübhan oğlu Cəfərov 1974-cü il dekabrın 10-da Donesk vilayətinin Makeyevka şəhərində anadan olub.

QHT.az xəbər verir ki, 1989–1992-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1992–1996-cı illərdə isə V. F. Marqelov adına "Suvorov" ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandanlığı Məktəbində ali hərbi təhsil alıb. 2004-cü ildə martın 1-dən martın 20-nə qədər Amerika Birləşmiş Ştatlarında baş tutan NATO-nun "Əməliyyat heyəti zabitləri" Kursunda iştirak edib. 2016-cı ilin "Aprel döyüşləri"nin də iştirakçısı olan Ramiz Cəfərov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və noyabr ayının 6-da döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ramiz Cəfərov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Seçilən
39
qht.az

1Mənbələr