AZ

Ermənistan sərhəd xidmətinin gücləndirilməsinə milyonlarla dollar vəsait ayıracaq

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Nazirlər Kabineti müdafiə xərclərinə əlavə 11 milyon dollar vəsait ayıracaq. Bu barədə qərar Ermənistan hökumətinin cümə axşamı günü keçirilən iclasında verilib. Vəsaitin sərhədlərin təhlükəsizliyinin və toxunulmazlığının təminatına xərclənəcəyi bildirilir.

Xatırladaq ki. 2024-cü il ilə müqayisədə 2025-ci ildə Ermənistan büdcəsində müdafiə xərcləri (115 milyard dram və ya təqribən 300 milyon dollar) artaraq 660 milyard drama (1 milyard 717 milyon dollar) bərabər olub. 2026-cı ildə xərclərin 100 milyard dram azalaraq 560 miyard drama (1 milyard 455 milyon dollar) bərabər olması planlaşdırılıb.

Hürr Tərcüman

 

Seçilən
35
1
hurriyyet.az

2Mənbələr