AZ

Donald Tramp CAR-da keçiriləcək G20 sammitində iştirak etməyəcək 

ABŞ Prezidenti Donald Tramp 22-23 noyabr tarixlərində Cənubi Afrika Respublikasında keçirilməsi planlaşdırılan  İyirmilik Qrupunun (G20) sammitindən çıxdığını elan edib. 

Mayamidə Amerika Biznes Forumunda çıxış edən Amerika lideri Yohannesburqda keçiriləcək G20 sammitində iştirakdan imtina etdiyini təsdiqləyib. "Cənubi Afrika G20-də olmamalıdır", -  deyə o bildirib. 

Tramp Cənubi Afrikada baş verən bir sıra hadisələri "heç vaxt bəyənmədiyini" qeyd edib, lakin hansı hadisələrdən danışdığını dəqiqləşdirməyib. 

Bu ilin may ayında Tramp Ağ Evdə Cənubi Afrika Prezidenti Siril Ramafosanı qəbul edib. Oval Ofisdəki görüş zamanı Ağ Ev sahibi Cənubi Afrika hakimiyyətini ölkənin ağdərili əhalisinə qarşı ağır cinayətlərin törədilməsinin qarşısını ala bilməməkdə günahlandırıb. 

Cavab olaraq, Prezident Ramafosa Cənubi Afrika hökumətinin ölkədəki yüksək cinayətkarlıq səviyyəsini nəzarətdə saxlamaq üçün səylər göstərdiyini bildiribvə yalnız ağdərili insanların cinayət qurbanı olması iddialarını qəti şəkildə rədd edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr