Sea Breeze
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin gözlənilən nəticələri və təsirlərinə də toxunmaq istərdim. Layihənin dövlət büdcəsinə təsirləri də aidiyyəti dövlət qurumları ilə birgə müzakirə edilmişdir. Dəyişikliklərin nəticəsində dövlət büdcəsinə əlaəv 623 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır.Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.O qeyd edib ki, digər dəyişikliklər isə daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək: “Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyəvəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək.Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin, bərbər və gözəllik sahəsində xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək”.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX