AZ

I Liqa: Şamaxıda "şimal derbisi", "Zaqatala" "Difai"yə qarşı

Azərbaycan I Liqasında VII tura bu gün yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki matç keçiriləcək. 

"Şahdağ Qusar" Şamaxıda "Şimal" ilə üz-üzə gələcək. Rahid Əmirquliyevin komandası autsayderlə görüşdən qalib ayrılmaqla liderlərdən aralanmamağa çalışacaq. Əks halda, Qusar təmsilçisi ilə eyni xalı olan "Zaqatala"
"Difai" ilə səfər matçında qələbə qazanmaqla önə keçə bilər. 

Hər iki qarşılaşma eyni vaxtda başlayacaq.

Qeyd edək ki, turun üç oyunu dünən keçirilib. "Şəfa" səfərdə "Mingəçevir"i 3:2, "Səbail" evdə MOİK-i 1:0, "Baku Sportinq" isə "Cəbrayıl"ı 2:0 hesabı ilə məğlub edib. 
 
Azərbaycan I Liqası
VII tur
6 noyabr  

14:00. “Şahdağ Qusar” – “Şimal”
Hakimlər: Səbuhi Bayramov, Səbuhi Əmrahov, Aydın Bəxşiyev, Mahmud Bağırzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu. 

14.00. “Difai” – “Zaqatala”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Samir Qaracayev, Rövşən Rəcəbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Ağsu. Şəhər stadionu.

Seçilən
76
1
fanat.az

2Mənbələr