AZ

“Heç bir ayrı seçkiliyə yol verilmir”

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“2025-ci ilin məlumatlarına əsasən, ölkəmizdə vergi-gömrük üzrə azadolmalar 7.7 milyard manat təşkil edir. Dövlət tərəfindən güzəştlərin müəyyən edilməsi zamanı mülkiyyət növü üzrə heç bir ayrı-seçkiliyə yol verilmir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı komitə sədri Azər Əmiraslanov bildirib.

“Bəzən belə fikirlər səslənir ki, sanki dövlət müəssisələrinə güzəşt tətbiq edilir, amma sahibkarlar kənarda qalır. Belə bir təsəvvür yaranır ki, bütün mülkiyyət növlərinin bərabər inkişafına şərait yaradılmır. 

2025-ci ildə ölkədə tətbiq olunan vergi və gömrük güzəştlərinin ümumi məbləği 4 milyard 405 milyon manat təşkil edib. Bu məbləğin 4 milyard 394 milyon manatı və ya  99,7%-i özəl sektorun payına düşür. Bu da məhz təsdiq edir ki, güzəştlərin əsas tətbiq olunduğu sahə dövlət müəssisələri deyil, məhz özəl sektordur” , - komitə sədri bildirib.

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
qafqazinfo.az

1Mənbələr