AZ

QHT lər Azərbaycan ədəbi dilinin qaydalarına ciddi riayət etməyə çağırılıb

Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu il QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Sabir gözü ilə: media və reklamlarda Azərbaycan dilinin pozulmasına tənqidi baxış (monitorinq)” layihəsini icra etdik. Layihədə Qərbi Azərbaycanla bağlı materiallar da təhlil olunub. SİA xəbər verir ki, bu sözləri Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli “Qərbi Azərbaycana qayıdış” mövzusunda keçirilən ictimai müzakirədə söyləyib.

O, QHT-ləri Azərbaycan ədəbi dilinin qaydalarına ciddi riayət etməyə çağırıb. “Təəssüf ki, müxtəlif dövrlərdə dövlət qeydiyyatına alınmış bəzi QHT-lərin adlarında orfoqrafik səhvlərə, hətta ifadə, işarə səhvlərinə yol verilib, təşkilatların bir çoxunun adları bir-birinə bənzəyir, onları fərqləndirmək bəzən çətin olur. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin aparılması üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin. Bu da ana dilinin qorunmasına özünəməxsus töhfə, həm də yaxşı nümunə olar”, - deyə QHT sədri bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
3
sia.az

4Mənbələr