AZ

Rusiya Kamianskeyə zərbələr endirib

Noyabrın 6-na keçən gecə ruslar Dnepropetrovsk vilayətindəki Kamianskeyə pilotsuz təyyarələrlə kütləvi hücum ediblər.

XəzərNews.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vladislav Qayvanenko məlumat verib.

"Səkkiz nəfər xəsarət alıb. Şəhərdə bir neçə yanğın baş verib. Dördmərtəbəli binanın girişlərindən birinin damı və tavanı qismən dağılıb. Avtomobillərə ziyan dəyib. İnfrastruktur və nəqliyyat şirkətinə ziyan dəyib", - o, Telegram-da yazıb.

Xəbər 1 dəfə oxunub.
Seçilən
11
xezernews.az

1Mənbələr