Super Ay hadisəsi müşahidə olunub.
Aznews.az xəbər verir ki, hadisə noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-ı saat 08:10-da başa çatıb.
Ayın Yerə ən çox yaxınlaşması isə noyabrın 5-dən 6-a keçən gecə saat 02:30 müşahidə edilib.
Super Ay hadisəsi zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olub.
Ayın Yerdən məsafəsi 356 min 832 km təşkil edib.