Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.
Gələn ildən mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarından istifadə edən fiziki şəxslərin sosial sığorta haqları artırılacaq.
“APA-Economics” xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən
fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər
istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin
funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi
olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan
şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın
sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri
üzrə hesablanacaq:
5 hektaradək olduqda – 5 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda – 7,5 faiz miqdarında;
10 hektardan yuxarı olduqda – 12,5 faiz miqdarında;
Qeyd edək ki, hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və əlilliyi olan uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:
5 hektaradək olduqda – 2 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;
10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.