AZ

Sumı vilayətində ilk yeraltı məktəb istifadəyə verilib

Bakı, 6 noyabr, AZƏRTAC

Ukraynanın Sumı vilayətində ilk yeraltı məktəb istifadəyə verilib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, ümumilikdə Sumıda beş yeraltı məktəb tikilib.

Ukraynanın Prezident Aparatının rəhbəri Andriy Yermak bu barədə öz sosial media hesabında məlumat paylaşıb.

"Sumıda ilk yeraltı məktəb istifadəyə verilib. O, müasir və təhlükəsizdir, rahat sinif otaqları və geniş əraziləri var. Burada uşaqlar öyrənə, ünsiyyət qura və özlərini təhlükəsiz hiss edə bilərlər. İndi yüzlərlə şagird ənənəvi təhsilə qayıdacaq, burada uşaqların gülüşünü eşidə, birlik və əsl məktəb ruhunu hiss edə bilərsiniz", - deyə Andriy Yermak bildirib.

Onun sözlərinə görə, bu layihə müharibə dövründə təhsilin bərpası üçün nəzərdə tutulub. Aparat rəhbəri iki il ərzində təhlükəsizlik tədbirləri üçün məktəblərə 13 milyard qrivnadan çox sərmayə yatırıldığını qeyd edib.

Seçilən
22
2
azertag.az

3Mənbələr