ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Azərbaycan Moldova üçün həm ikitərəfli, həm də beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır.
Bu fikri Moldova parlamentinin sədri İqor Qrosu Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun rəhbərliyi ilə bir qrup diaspor fəalımızla görüşündə söyləyib. “Moldovanın yeni parlamenti və hökuməti Azərbaycanla enerji, iqtisadiyyat, kənd təsərrüfatı və mədəniyyət kimi sahələrdə səmərəli əməkdaşlığını davam etdirəcək, çünki bu əlaqələrin genişləndirilməsi üçün potensial böyükdür. İkitərəfli əməkdaşlığımızı, xüsusilə enerji sahəsində intensivləşdirmək istəyirik”, - deyə Moldova parlamentinin sədri vurğulayıb.
İqor Qrosu, həmçinin bildirib ki, Moldovada Azərbaycan diasporunun töhfəsi çox böyükdür. Azərbaycan diasporu Moldovanın ictimai-siyasi həyatında, mədəniyyətində, idman sahəsində aktivdir.
Yenidən Moldova parlamentinin sədri seçilməsi münasibətilə təbrik edən Elçin Bayramov bildirib ki, etnik azərbaycanlılar Moldovanın inkişafı üçün öz töhfələrini verməkdə davam edəcək.
XQ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.