AZ

Qazaxıstan taxılı ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola düşüb

Azərbaycan ərazisindən keçməklə Ermənistana Qazaxıstan taxılı daşıyan 15 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola salınıb.

Day.Az xəbər verir ki, yük Yalama-Biləcəri-Hacıqabul-Böyük Kəsik marşrutu üzrə daşınır.

Daha sonra qatar Gürcüstana keçməklə Ermənistanın Dalarik stansiyasına gedəcək.

Xatırladaq ki, qatar noyabrın 4-də saat 00:15-də Rusiyadan yola salınıb və ümumi çəkisi 1 048,8 ton olan buğda daşıyır.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Seçilən
14
5
day.az

7Mənbələr