AZ

Polis noyabrın 5-də 51 cinayət faktını açıqlanıb, 96 axtarışda olan şəxs saxlanılıb

Noyabrın 5-də ölkə ərazisində 38 yeni cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin edilib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin məlumat yayıb. 

Axtarışda olan ümumilikdə 96 nəfər saxlanılıb, onlardan 72-si borclu şəxs qismində axtarışda olub.

Nazirliyin məlumatında bildirilir ki, narkotiklərlə əlaqəli 10 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 19 hal aşkar edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 şəxs tutulub.

Bundan əlavə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində ailə üzvlərinə xəbər vermədən evini tərk etdiyi üçün itkin kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gülnar 

Seçilən
47
anews.az

1Mənbələr