AZ

132 vaqon buğda Azərbaycan vasitəsilə Ermənistana çatacaq - Rusiya Nəqliyyat Nazirliyi

2026-cı il yanvarın sonunadək dəmir yolu ilə daşınan 132 vaqon Rusiya buğdası Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatacaq.

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk partiyada 1000 tondan çox taxıl Ulyanovsk vilayətindəki Dimitrovqrad stansiyasından göndərilib və yük daşımalarını Rusiya Dəmir Yolları şirkəti təşkil edib.

Nazirlik qeyd edib ki, yeni logistik marşrutun təşkili Azərbaycandan Ermənistana yük tranzitinin bərpasından sonra mümkün olub. Bu, 1990-cı illərdən bəri ilk belə yük daşımalarıdır. Buğda ilə yanaşı, digər kateqoriyalı yüklərin çatdırılması da müzakirə olunur.

Xatırladaq ki, oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını və ilk belə tranzit yükün Ermənistana daşınan Qazaxıstan taxılının olacağını bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
53
missiya.az

1Mənbələr