AZ

Çexiyada hökümət böhranı - Baş nazir bu gün istefaya göndəriləcək


Daha bir Avropa ölkəsində hökümət böhranı baş verir. Belə ki, Çexiya parlamentinin Deputatlar Palatasının (aşağı palatası) ilk iclası başa çatıb və Baş nazir Petr Fialanın rəhbərlik etdiyi hazırkı hökumətin tezliklə istefaya getməsi gözlənilir. Bu barədə "Denik N" portalı xəbər verib. Hazırkı kabinet 6 noyabrda günün birinci yarısında toplanacaq. Onun istefası məsələsi müzakirəyə çıxarılacaq.
Çexiya mediası əvvəllər bunun həmin gün baş tuta biləcəyini bildirib. Hökumətin istefası rəsmi olaraq respublika Prezidenti tərəfindən qəbul edilir, mövcud təcrübəyə görə, o, Baş nazirə və nazirlərə yeni kabinet təyin edənə qədər vəzifələrini icra etməyi tapşırmalıdır.

Mətləb

Seçilən
17
baki-xeber.com

1Mənbələr