"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq"analitik layihəsinin yeni buraxılışı yayımlanıb.
Trend xəbərverir ki, verilişin budəfəki qonağı Azərbaycanın Xalq rəssamıƏliyar Əlimirzəyev olub.
Verilişdə qonaq öz sənətinin fəlsəfəsi, cəmiyyət üçün asanolmayan şəraitdə rəssamın daxili aləmi və incəsənətin xalqlarınbarışıq prosesində oynadığı rol barədə danışıb.
Ə. Əlimirzəyev qeyd edib ki, onun üçün rəssamlıqda əsas olanpredmetin özü deyil, onun enerjisi və dövrün daxili əksidir:
"Ruh halından yaradıcılıq istəyi yaranır. Mən çalışıram ki,predmeti deyil, həmin predmetin halını, zamanın halını təsvir edim.Biz müharibələr, dağıntılar, aqressiya yaşadıq. Bütün bunlarqorxulu bir yuxu kimi iz buraxır".
O, eyni zamanda əminliyini bildirib ki, Azərbaycan və Ermənistanarasında sülh mümkündür. Lakin onun sözlərinə görə, bunun üçünqarşılıqlı anlayış yoluna başlamaq lazımdır.
"Əbədi belə yaşamaq olmaz. İstəsək də, istəməsək də, bizqonşuyuq. İncəsənət adamları barışığa aparan yolda daha böyük roloynamalıdırlar, necə deyərlər, incəsənət vasitəsilə sülhə. Bununbaşqa alternativi yoxdur", - rəssam əlavə edib.
Azərbaycan və Ermənistan arasında mədəni əlaqələrinperspektivlərindən danışarkən rəssam, yaradıcı ziyalılarıngörüşlərini təşkil etməyi təklif edib və belə görüşlərin dialoqüçün platforma ola biləcəyini qeyd edib.
Söhbətin sonunda isə Ə. Əlimirzəyev yaradıcılığı yola bənzədib:"Yol bir rəmzdir. O, irəliyə, ümidə, işıqlı gələcəyə aparır. Əsasolan bu yolda getməkdir".
Verilişin tam videoyazısını oxuculara təqdim edirik: