Xəbər verdiyimiz ki, "Qarabağ" - "Çelsi" oyununda yarımmüdafiəçi Kadi Borges zədələnib.
Ölkə.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçi Qurban Qurbanov onun vəziyyəti ilə bağlı açıqlama verib.
O, Kadinin vəziyyətinin ciddi olduğunu bildirib:
"Dəqiq bir şey deyə bilməyəcəm, amma vəziyyət biraz ciddiyə oxşayır. Ayaq hissəsindəki kiçik sümüklərdən biri sanki qırılıb. Hər bir halda sabah bilinəcək".