AZ

Amuli: “Bir azərbaycanlı Süleymaninin əlini qoyduğu çiynimdən öpdü”

Ərdəbil şəhərində Ali Liderin nümayəndəsi Seyid Həsən Amuli Azərbaycanla bağlı danışarkən yenə diqqəti çəkib.

KONKRET.az xəbər verir ki, bu dəfə o Azərbaycandan ona ünvanlanan bəzi mətləblərdən danışıb:

“Müharibə zamanı bir azərbaycanlı mənə zəng edib dedi: ‘Ağa, mən söz vermişəm ki, yalnız İran bu müharibədə məğlub olmasın deyə səkkiz qoyun qurban kəsəcəyəm”.

“Azərbaycan Respublikasından olan bir azərbaycanlı mənə yaxınlaşıb soruşdu: “General Süleymani əlini hansı çiyninizin üstünə qoymuşdu?”.

Mən soruşdum: “Bunu niyə bilmək istəyirsən?”

O dedi: “Mənim üçün vacibdir”.

Mən çiynimi göstərdim, o isə dərhal həmin yeri öpdü. Yalnız ona görə ki, oraya General Süleymaninin əli toxunmuşdu”.

Seçilən
35
1
konkret.az

2Mənbələr