AZ

İran qadınları edam edən ölkələr arasında birinci yerdədir

BAKI, 6 noyabr. TELEQRAF

İran İslam Respublikası qadınları edam edən ölkələr arasında birinci yerdədir və bu, ölkədə qadınlara qarşı sistematli zülmün göstəricisidir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

Açıqlamada bəlucəsilli qadın Qoli Qohkan bu zülmün bir nümunəsi kimi təqdim olunub. Qoli erkən yaşda evlənməyə məcbur edilib, illərlə məişət zorakılığının qurbanı olub və ərinin öldürülməsindən sonra vəkilsiz və təzyiq altında məcburi etirafa məruz qalıb.

ABŞ Dövlət Departamenti onun işini İranda qadınlara qarşı genişmiqyaslı ədalətsizliyin simvolu kimi qiymətləndirib və bu hadisəni “Qadın, Həyat, Azadlıq” hərəkatını alovlandıran amillərdən biri adlandırıb.

Açıqlamanın sonunda qeyd olunub ki, ABŞ bu zülmü qınayır və İran xalqının ədalət və bərabərlik uğrunda mübarizəsində onun yanında dayanır.

Seçilən
35
teleqraf.com

1Mənbələr