AZ

Çayı şirin edənlərin nəzərinə - bu xəstəliyə səbəb olurmuş

Çaya şirin qatmaq zərərsiz görünə bilər, amma uzun müddət istifadə olunduqda ciddi sağlamlıq problemlərinə səbəb olur.

Milli.Az xəbər verir ki, gün ərzində içilən bir neçə stəkan çaya atılan şəkər tozu və ya qənd fərqinə varmadan bədəni yüksək şəkər yükü ilə qarşı-qarşıya qoyur. Xüsusilə isti çayla qarışan şəkər, ağızda turş mühit yaradır və diş minasına ciddi ziyan vurur.

Yeməkdən sonra içilən şəkərli çay isə diş səthində ərp yığılmasını sürətləndirir. Bu vəziyyət zamanla:

  • Diş çürüməsi
  • Diş ətinin zəifləməsi
  • Hətta diş itkisinə

qədər gedib çıxır. Üstəlik, isti çayın təsiri ilə şəkərin yaratdığı ziyan digər şirin içkilərlə müqayisədə daha tez ortaya çıxır.

Şəkərli çay qan şəkərini sürətlə qaldırır, sonra tez endirir. Bu isə halsızlıq, ani aclıq hissi və şirin yemək istəyinə səbəb olur.

Vaxt keçdikcə bədən insulinin təsirinə az reaksiya verir. Bu isə 2-ci tip şəkərli diabet riskini yüksəldir.

Həddindən artıq şəkər qəbul etmək müdafiə hüceyrələrinin fəaliyyətini azaldır, bədəni xəstəliklərə qarşı daha gücsüz edir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
41
3
milli.az

4Mənbələr