AZ

Gələn il üçün transfer planlarını müəyyənləşdirdi - Müdafiəçi və qapıçı almağı planlaşdırır

“İnter” gələn il üçün transfer planlarını müəyyənləşdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, milanlıların əsas məqsədi komandanın müdafiə xəttini gücləndirməkdir.

Yeni futbolçuların transferi həm yanvarda, həm də yay pəncərəsində baş tuta bilər. Bu, klubun maliyyə imkanlarından asılı olacaq.

Bundan əlavə, “İnter” rəhbərliyi yeni qapıçının transferini də nəzərdən keçirir, ancaq bu addım yalnız mövsümün sonunda atılacaq.

Kristian Kivunun rəhbərliyindəki komanda bu gün UEFA Çempionlar Liqasının dördüncü turunda Qazaxıstan “Kayrat”ını qəbul edəcək.

“İnter” A Seriyasında 10 turdan sonra turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Napoli”dən cəmi bir xal geri qalır.

Seçilən
49
sportinfo.az

1Mənbələr