AZ

“SSRİ standartları”: Gürcüstanın baş naziri Aİ hesabatına sərt reaksiya verdi

Musavat.com xəbər verir ki, Çində səfərdə olan Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Komissiyasının 4 noyabrda dərc etdiyi Aİ-nin genişlənməsi ilə bağlı hesabatı kəskin tənqid edib.

Hesabatda Gürcüstandakı vəziyyətlə bağlı “ciddi narahatlıq” ifadə olunub. Baş nazir bu qiymətləndirməni ədalətsiz adlandırıb: “Biz ümid edirik ki, Avropa İttifaqında vəziyyət dəyişəcək və ədalət Avropa bürokratiyasının rəhbər prinsipi olacaq”. 

Kobaxidze əlavə edib ki, sənəddəki yanaşma faktları təhrif edir və bu cür qiymətləndirmələr gürcü cəmiyyətində təkcə Avropa bürokratiyasına deyil, bütövlükdə Aİ-yə olan etimadı sarsıdır.

“Bu gün Avropa bürokratiyasının fəaliyyəti SSRİ standartları səviyyəsinə enib. Bu, olduqca təəssüf doğurur”, — deyə Gürcüstanın baş naziri vurğulayıb. 

 

Musavat.com

Seçilən
91
musavat.com

1Mənbələr