UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda İngiltərə təmsilçisi “Nyukasl Yunayted” doğma meydanda İspaniyanın “Atletik” (Bilbao) klubunu qəbul edib.
90deqiqe.Az xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçirilən görüşü slovakiyalı referi İvan Krujlyak idarə edib.
Matç 2:0 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə başa çatıb. “Nyukasl”ın qollarını Dən Börn (11-ci dəqiqə) və Coyelinton (49-cu dəqiqə) vurublar.
Qələbədən sonra “Nyukasl Yunayted” ümumi mərhələnin turnir cədvəlində 9 xalla ön sıralarda yer alır. “Atletik” (Bilbao) isə 3 xalla aşağı pillələrdə qərarlaşıb.
Növbəti turda “Nyukasl” 25 noyabrda səfərdə “Marsel”lə, “Atletik” isə həmin tarixdə “Slaviya” (Praqa) ilə qarşılaşacaq.