AZ

Belçika NATO-nun 4-cü maddəsini tətbiq edə bilər

Belçikanın hərbi bazaları üzərində pilotsuz aparatların uçuşları səbəbindən Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq etməyi planlaşdırırıq.

Axar.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə və xarici ticarət Naziri Teo Franken parlamentin Milli Müdafiə Komitəsindəki çıxışında bildirib.

Franken strateji obyektlər üzərində uçan PUA-ların həvəskar aparatlar olmadığına əmin olduğunu söyləyib:

“Daha böyük bir şeyin baş verdiyinə əminik. Cəld reaksiya göstərməliyik”.

Qeyd edək ki, 4-cü maddəyə əsasən, təşkilatın üzvləri, xüsusən də üzv ölkənin təhlükəsizliyi ilə bağlı narahatlıq doğuran istənilən məsələni Şimali Atlantika Şurasına təqdim edə bilərlər.
Seçilən
54
sherg.az

1Mənbələr