AZ

Tramp: Mamdaninin Nyu-York meri seçilməsi ABŞ-nin suverenliyinin itirilməsidir

BAKI, 6 noyabr. TELEQRAF

Nyu-York şəhərinin mer seçkilərində demokrat Zohran Mamdaninin qələbəsi ABŞ-nin suverenliyinin itirilməsi deməkdir.

Teleqraf xəbər verir ku, bunu Floridada biznes forumunda çıxışında ABŞ Prezidemti Donald Tramp bildirib

Tramp son prezident seçkilərindəki qələbəsini ABŞ tarixindəki ən mühüm seçkilərdən biri adlandırıb. Onun sözlərinə görə, 2024-cü il noyabrın 5-də Amerika xalqı gücünü geri alıb və suverenliyini bərpa edib. Bununla belə, Ağ Ev rəhbəri qeyd edib ki, Mamdaninin Nyu-York meri seçkilərində qələbəsi suverenliyin qismən itirilməsi ilə nəticələnib, lakin bu məsələ ilə məşğul olacaq.

Noyabrın 4-də 34 yaşlı Mamdani 50%-dən çox səs toplayaraq Nyu-York meri seçkilərində qalib gəlib. Onun kampaniya platforması şəhərin varlı sakinlərinə vergilərin artırılmasına söz verib və İsrailin Fələstinə qarşı hərəkətlərini kəskin tənqid edib. Mamdaninin əleyhdarları onun şəriət qanunları ilə idarə olunan bir şəhər arzusunda olduğunu iddia edirlər.

Seçilən
74
2
teleqraf.com

3Mənbələr