AZ

“Serbiya Aİ üçün təhlükəsizlik riski yaradır” − Avropa Komissiyası

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa Komissiyası Serbiya hakimiyyətini Rusiya vətəndaşlarına Serbiya vətəndaşlığı verərkən ətraflı təhlükəsizlik yoxlaması keçirməyə çağırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avropa İttifaqına namizəd ölkə kimi Serbiya ilə bağlı hazırladığı hesabatda deyilib.

Hesabatda bildirilir ki, Serbiya vətəndaşı olan ruslar Avropa İttifaqına vizasız səyahət əldə edirlər ki, bu da Aİ-nin təhlükəsizliyi üçün potensial risklər yaradır.

Sənəddə həmçinin qeyd olunur ki, Serbiyanın viza siyasəti Avropa İttifaqının vətəndaşları giriş vizası tələb edən üçüncü ölkələr siyahısına yalnız qismən uyğun gəlir.

Avropa Komissiyasının hesabatının dərcindən sonra bəzi KİV-lər Aİ səlahiyyətlilərinin Serbiyadan rus əsilli insanlara vətəndaşlıq verməsini dayandırmağı tələb etdiklərini yazıblar. Lakin dərc olunmuş sənəddə bu barədə birbaşa məlumat yoxdur.

Qeyd edək ki, son üç il ərzində, 2022-ci ildən 2025-ci ilin martına qədər “Mühüm Hekayələr” Serbiyanın respublikaya xidmətlərinə görə 200-dən çox rusiyalıya vətəndaşlıq verdiyini aşkar edib. Onların arasında Rusiyanın müdafiə şirkətlərinin əməkdaşları və dövlət şirkətlərinin menecerləri də olub.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
yeniavaz.com

2Mənbələr