AZ

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Ramiz Mehdiyevin vəkillərinin apellyasiya şikayətlərindən imtina etməsi ictimaiyyət arasında diqqət çəkib. Əksəriyyət bunu gözlənilməz gediş kimi qiymətləndirib. Hazırda prosesin arxasında duran mümkün siyasi səbəblər müzakirə olunur.

Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, sözügedən addım Mehdiyev və yaxınlarının dövlətin irəli sürdüyü ittihamlarla razılaşdığını göstərir:

“Görünür, təqdim olunan dəlillər kifayət qədər ciddidir, ona görə də Mehdiyev ailəsi artıq mübarizə aparmağın mənasız olduğunu düşünür. Onlar yəqin ki, vəziyyəti gərginləşdirməməyə qərar verib. Çünki sübutlar varsa, çoxsaylı apellyasiya müraciətləri də nəticə verməyəcək. Əksinə, bu, məhkəmə və hüquq-mühafizə orqanlarının narazılığına səbəb ola və daha ağır nəticələr doğura bilər”.

Seçilən
6
9
publika.az

10Mənbələr