“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakıda “Çelsi”ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
***
Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, görüşün 53-cü dəqiqəsində rəqibin heyətində Qarnaço fərqlənib.
***
Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda Ağdam təmsilçisi önə keçib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qarşılaşmanın 39-cu dəqiqəsində Yankoviç penaltidən fərqlənib.
***
Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab bərabərləşib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qarşılaşmanın 29-cu dəqiqəsində “Qarabağ”ın heyətində Leandro Andrade fərqlənib.
***
Çempionlar Liqası çərçivəsində keçirilən “Qarabağ” və “Çelsi” komandaları arasındakı oyunda hesab açılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, görüşün 16-cı dəqiqəsində rəqibin heyətində Estevao fərqlənib.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” və “Çelsi” arasındakı oyun başlayıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşü Avstriyadan olan hakimlər briqadası idarə edir.