AZ

Rutte ABŞ qoşunlarının Avropadan çıxmasına münasibət bildirdi

Metbuat saytından alınan məlumata görə, ain.az bildirir.

Vaşinqton NATO-nun təhlükəsizliyinə sadiqdir.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte belə açıqlama verib. Rutte Buxarestdə Rumıniya Prezidenti Nikuşor Dan ilə birgə mətbuat konfransında bildirilib ki, ABŞ-nin Şərqi Avropadan qoşunları çıxarmaq qərarının potensial nəticələri barədə irəli sürülən ssenarilər həqiqətə uyğun deyil. Ruttenin sözlərinə görə, Rumıniya bütün Alyans üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz bölgəsində əhəmiyyətli liderlik təmin edir. ABŞ-nin Avropanın şərq cinahından qoşunları çıxarmaq qərarı ilə bağlı suala Rutte, “Dəyişikliyə baxmayaraq, ABŞ NATO və Avropa təhlükəsizliyinə sadiq qalır. Qoşunlarını çıxarmasına baxmayaraq, ABŞ Avropada böyük varlığını qoruyur”, - deyə cavab verib.

Qeyd edək ki, Rumıniya Müdafiə Nazirliyi NATO-nun şərq cinahında yerləşən ABŞ qoşunlarının bir hissəsinin yenidən qurulması barədə qərar qəbul edildiyini və buna uyğun olaraq Mixail Koqalniçeanu bazasındakı ABŞ qoşunlarının geri çəkiləcəyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
metbuat.az

2Mənbələr