AZ

Paşinyanın iki məqsədi var: seçkilərə hazırlıq və... Surenyants

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Paşinyanın iki məqsədi var, seçkilərə hazırlıq və xarici sponsorların gündəliyini yerinə yetirmək”.

Globalinfo.az xəbər verir ki, bunu Demokratik Alternativ Partiyasının lideri Suren Surenyants deyib.

O, Paşinyanın Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi başlatmağı düşündüyünü istisna etməyib.

“Kilsələri ələ keçirməklə və katolikosun qohumlarını həbsə atmaqla hakimiyyət onu istefa verməyə məcbur etməyə çalışır. Çünki Nikol Paşinyan bunun onun üçün ən təhlükəsiz seçim olduğunu başa düşür. Əks halda katolikos hətta həbsdə olsa belə, vəzifəsindən kənarlaşdırılmayacaq. Əminəm ki, Paşinyan katolikosa qarşı cinayət işi başlatmaq üçün alternativ və radikal planı nəzərdən keçirir. Paşinyanın kilsəyə qarşı atdığı addımlar eyni anda iki problemi həll edir. Xarici sponsorların gündəliyinin həyata keçirilməsi Ermənistan hakimiyyətinin kilsə əleyhinə kampaniyasının vacib elementidir. Ermənistan hökumətinin başçısı müqavimət mərkəzlərini aradan qaldırmaq üçün sərt avtoritar sistem yaratmağa çalışır”, – Surenyants vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
globalinfo.az

1Mənbələr