AZ

“Barselona” “Arsenal”ın kapitanını transfer etmək istəyir

İspaniyanın “Barselona” klubu “Arsenal”ın kapitanı Martin Odeqardı transfer hədəfinə daxil edib.

90deqiqe.Az “Fichajes”ə istinadən xəbər verir ki,  Kataloniya klubunun baş məşqçisi Hansı-Diter Flik norveçli yarımmüdafiəçini komandasında görmək istəyir.

Məlumata əsasən, “Barselona”nın marağına cavab olaraq “Arsenal” rəhbərliyi Odeqardla yeni müqavilə bağlamağı planlaşdırır. London təmsilçisi futbolçu ilə yollarını ayırmaq niyyətində deyil.

26 yaşlı futbolçu bazar dəyəri 80 milyon avro, “Arsenal”la müqaviləsi isə 2028-ci ilin yayına qədər qüvvədədir.

Seçilən
30
90deqiqe.az

1Mənbələr