AZ

“Arsenal” futbolçusu İsveç millisinin noyabr matçlarını buraxacaq

Gözlənildiyi kimi, “Arsenal”ın hücumçusu Viktor Qyökeres noyabr ayında keçiriləcək oyunlar üçün İsveç millisinin heyətinə daxil edilməyib.

90deqiqe.Az-ın məlumatına görə, buna futbolçunun “Bernli” ilə Premyer Liqa oyununda aldığı zədə səbəb olub.

Qyökeres həmin matçın ilk hissəsindən sonra meydanı erkən tərk etmişdi.

Qeyd edək ki, İsveç yığmasının hələ də qrupda ikinci yer uğrunda mübarizə aparmaq üçün az da olsa şansı qalır. Bunun üçün skandinaviyalılar isveçrəliləri səfərdə, sloveniya yığmasını isə evdə məğlub etməli və digər rəqiblərin nəticələrinə ümid etməlidirlər.

Daha əvvəl yayılan məlumatlara görə, Qyökeres yaxın həftələrdə “Arsenal”ın heyətinə qayıda bilər.Klubun digər zədəlisi Qabriel Martinelli isə bir qədər əvvəl – ötən turlar zamanı sıradan çıxmışdı.

Seçilən
29
90deqiqe.az

1Mənbələr