AZ

Arsenal ın 15 yaşlı ulduzu tarix yazdı

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Arsenal-ın gənc oyunçusu Maks Douman Çempionlar Liqasında meydana çıxaraq tarixi rekorda imza atıb. 15 yaşlı yarımmüdafiəçi turnirin ən gənc debüt edən futbolçusu olub.

Fanat.Az xəbər verir ki, Douman bu uğura 15 yaş 308 günündə çatıb və indiyə qədər bu rekordun sahibi olan Yusufa Moukokonu (16 yaş 18 gün) geridə qoyub.

Rekordlar siyahısı belədir:

Maks Douman – 15 yaş, 308 gün

Yusufa Moukoko – 16 yaş, 18 gün

Lamin Yamal – 16 yaş, 68 gün

Selestin Babayaro – 16 yaş, 86 gün

Rayan Şerki – 16 yaş, 102 gün

Alen Haliloviç – 16 yaş, 128 gün

Gənc futbolçu “Arsenal” akademiyasının yetişdirdiyi ən istedadlı oyunçulardan biri kimi göstərilir və gələcəkdə əsas komandada daha çox şans qazanacağı gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
fanat.az

2Mənbələr