AZ

“Necə ki, bunu üç il əvvəl etmişdik” - “Xəmsə” ümidini itirməyib

Azər Bağırovun gəlişindən sonra “Kəpəz” çempionatda 4-cü oyununa çıxdı. Gəncəlilər bu dəfə “Neftçi”yə 1:5 hesabıyla məğlub oldu. Artıq gəncəli azarkeşlərin qəlbində belə təsəvvür formalaşıb ki, “Şamaxı” üzərindəki qələbə (4:1) təsadüf idi. Azər Bağırova isə mətbuat konfransında səsləndirdiyi fikirlərə görə mətbuatda da təzyiqlər başlayıb.

“Kəpəz”in əsas rəqibi “Karvan-Yevlax” son turda “Zirə” ilə matçda iki dəfə önə keçdi və yaxşı oyun göstərdi. “Qəbələ” ilə bağlı məsələ də aydındı: konkret oyun var, nəticə yox. Bəs “Xəmsə” necə düşünür? Həyəcan təbili çalmağın vaxtı deyilmi? Fanklubun rəhbəri Müşfiq Məmmədovun fikri:
“Düşünürəm ki, özümüzə yaxın rəqiblərdən xallar almağı bacarsaq, liqada qala bilərik. Necə ki, bunu üç il əvvəl etmişdik”.
“Kəpəz” 10 turdan sonra 3 xalla aşkar autsayderdi. “Qəbələ” və “Karvan-Yevlax” isə 5 xalla 10-11-ci yerləri bölüşür.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
58
1
football-plus.az

2Mənbələr