AZ

Qanunsuz ov edən Suriya və Qətər vətəndaşları saxlanıldılar

Hacıqabul və Qobustan rayonlarının həmsərhəd çöllük ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıblar.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı ov qaydalarını pozan şəxslərin Suriya və Qətər vətəndaşları olduğu müəyyən edilib. Saxlanılan şəxslərin 90-CM-510 dövlət qeydiyyat nişanlı "Toyota" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş bir Şahin quşu, üç göyərçin və dörd cələ aşkar olunub.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunaraq hər birinə 2 000 manat məbləğində cərimə tətbiq edilib. Götürülmüş quşlar Şirvan Milli Parkının ərazisinə buraxılıb.

Seçilən
7
24
moderator.az

10Mənbələr