AZ

“Dəhlizin açılması regional münasibətlərə müsbət təsir göstərəcək” ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Zəngəzur dəhlizinin açılması regional münasibətlərə müsbət təsir göstərəcəkdir. Çünki kommunikasiya xətlərinin açılması hər zaman iqtisadi fəaliyyəti gücləndirir və müsbət mənada rəqabət mühitini də yaradır. Zəngəzur dəhlizinin açılması ilə sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq daha da güclənəcək və alternativlərin sayı çox olacaq”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Onun sözlərinə görə, bu gün Cənubi Qafqazda Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətdədir və bu da Azərbaycan, Gürcüstan, Türkiyənin uzaqgörən siyasəti və dəqiq formalaşmış nəqliyyat konsepsiyasına uyğun inşa edilmişdir:

“Zəngəzur dəhlizi də məhz bu cür uzaqgörən siyasətin nəticəsi kimi açılmalıdır. Ermənistan üzərinə öhdəliklər götürmüşdür və bunun nəticəsində nəqliyyat arteriyaları işə başlayacaq. Eyni zamanda düşünürəm ki, dəhlizin açılması həm də ölkəmizə dividentlər gətirəcək, bu siyasi-iqtisadi sahədə dividentlərə səbəb olacaq. Naxçıvan Muxtar Respublikasının iqtisadi blokadadan azad olunacaq, bölgəmizə maraq daha da güclənəcək. Zəngəzur dəhlizinin həm də Orta Dəhlizin bir seqmenti kimi nəzərdən keçirilməsi planı vardır. Və beləliklə, Şərq ilə Qərb arasında olan bağlantılarda ölkəmizin geostrateji əhəmiyyəti daha da yüksələcək. Yeni imkanlar formalaşacaq, yeni iş yerləri açılacaq və nəqliyyat daşımalarında Azərbaycanın tranzit gəlirləri əldə etməsi imkanları əhəmiyyətli dərəcədə artacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
sia.az

2Mənbələr