AZ

Naxçıvanda bir sıra dövlət orqanlarının qurumlarının mətbuat xidmətlərinin nümayəndələri üçün təlim keçilib

Bakı. Trend:

5 noyabr 2025-ci il tarixində Medianın İnkişafı Agentliyi vəNaxçıvan Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan MuxtarRespublikasında fəaliyyət göstərən bir sıra dövlət orqanlarının(qurumlarının) mətbuat xidmətlərinin nümayəndələri üçün təlimkeçilib.

Bu barədə Trend-ə Medianın İnkişafı Agentliyindən məlumatverilib.

Açılış mərasimində çıxış edən Medianın İnkişafı AgentliyininNaxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova vurğulayıb ki,informasiya və kommunikasiya mühitinin dinamik şəkildətransformasiya olunduğu müasir dövrdə dövlət qurumlarının mətbuatxidmətləri ictimaiyyətin operativ və etibarlıməlumatlandırılmasının təmin edilməsində strateji əhəmiyyət kəsbedən institusional funksiyanı yerinə yetirir. O, qeyd edib ki, bukimi peşəkar təlimlərin təşkili ictimaiyyətlə əlaqələr üzrəmütəxəssislər və media nümayəndələri arasında qarşılıqlıəməkdaşlığın dərinləşməsinə, kommunikasiya proseslərininsəmərəliliyinin artırılmasına və informasiya mübadiləsinindayanıqlı əsaslar üzərində formalaşmasına mühüm töhfə verir.

Naxçıvan Təlim Mərkəzinin İdarə Heyətinin sədri Bəhruz Nəzərovçıxışı zamanı qeyd edib ki, müasir informasiya cəmiyyətində dövlətqurumlarının mətbuat xidmətləri sağlam ictimai rəyinformalaşdırılmasında həlledici rola malikdir. O bildirib ki,mətbuat xidmətlərinin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi,informasiya axınının koordinasiyalı şəkildə təşkili və böhranvəziyyətlərində çevik reaksiya qabiliyyətinin artırılmasıbaxımından belə təlimlər xüsusi əhəmiyyət daşıyır və peşəkarkommunikasiya mədəniyyətinin inkişafında müstəsna rol oynayır.

“Strateji kommunikasiya yanaşmaları və böhran dövrlərindəeffektiv idarəetmə” mövzusunda təqdimatla çıxış edən Medianınİnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevaqeyd edib ki, sürətlə dəyişən informasiya mühiti şəraitindəictimaiyyətlə sistemli kommunikasiya strategiyasınınformalaşdırılması dövlət qurumları üçün mühüm əhəmiyyət kəsb edir.O vurğulayıb ki, düzgün strukturlaşdırılmış kommunikasiya modelitəkcə məlumatların operativ və ardıcıl şəkildə təqdim olunmasınıdeyil, eyni zamanda ictimai etimadın möhkəmləndirilməsini vəinstitusional reputasiyanın qorunmasını təmin edir.

Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycandamedia mühitinin hüquqi tənzimlənməsində yeni yanaşmalar” mövzusundatəqdimatla çıxış edərək ölkədə media qanunvericiliyi sahəsindəhəyata keçirilən islahatlar və tətbiq olunan yeniliklər barədəətraflı məlumat verib. O rəsmi məlumatların yayımı prosesindəhüquqi tələblərə riayət olunmasının vacibliyini vurğulayaraq qeydedib ki, şəxsi məlumatların müdafiəsi, dezinformasiya risklərininminimuma endirilməsi media sahəsində hüquqi mədəniyyətinformalaşmasında və peşəkar etik standartların möhkəmləndirilməsindəmühüm rol oynayır.

Təlimin yekununda Medianın İnkişafı Agentliyinin Naxçıvanregional idarəsinin müdiri Vəfa İsgəndərova tərəfindən “Mediasavadlılığı: informasiyanın etibarlılığının təmin edilməsi vədezinformasiyaya qarşı mübarizədə effektiv yanaşmalar” mövzusundainteraktiv vörkşop keçirilib. Sessiya çərçivəsində mətbuatxidmətlərinin rəqəmsal informasiya mühitində risklərin analizi vəidarə edilməsi, məlumat mənbələrinin etibarlılığının yoxlanılması,eləcə də rəsmi kommunikasiya standartlarına uyğun fəaliyyətvərdişlərinin təkmilləşdirilməsi istiqamətində praktiki müzakirələrvə təcrübi tapşırıqlar həyata keçirilib.

Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Naxçıvanda
Məqalədə:
Seçilən
6
4
az.trend.az

5Mənbələr