AZ

ABŞ tarixində ən uzunmüddətli şatdauna qeydə alınıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaşinqton, 5 noyabr, AZƏRTAC

Hökumətin fəaliyyətini dayandırması (şatdaun) 2018-ci ilin sonu və 2019-cu ilin əvvəllərindəki şatdaun rekordunu geridə qoyaraq ABŞ tarixində ən uzun müddəli olub.

AZƏRTAC xəbər verir ki, bu gün Senatdakı Respublikaçılar Partiyasının təmsilçiləri Prezident Donald Trampla səhər yeməyi görüşü üçün Ağ Evə dəvət olunublar.

Senatın hökumətin işini bərpa etmək cəhdi 14 dəfə uğursuz alınıb. Hər iki partiyanın qanunvericiləri bu həftə ərzində vəziyyətə son qoya biləcəyi ehtimalını yaradan razılaşmanın ilkin konturlarına işarə ediblər.

Şatdaun ABŞ-da nisbətən tendensiyadır və 1980-ci ildə baş prokurorun dövlət qurumlarının Konqresin icazəsi olmadan xərcləmələrini davam etdirməsinin qanunsuz olduğunu bildirən bir sıra hüquqi rəylər verdiyi zaman başlayıb. O vaxtdan bəri indiki vəziyyət də daxil olmaqla 15 şatdaun olub.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
4
azertag.az

5Mənbələr