Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holdingşirkətlərindən olan “Azərpoçt” MMC və “Zəfər” Şəhid AilələrinəDəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Zəfər – şəhidövladlarının gözü ilə” adlı poçt markalarının təqdimatı vəmöhürlənmə mərasimi keçirilib.
Trend xəbərverir ki, tədbir şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutlayad edilməsi ilə başlayıb. Mərasimdə giriş sözü ilə çıxış edənrəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovlayihənin uşaqların yaradıcı baxışını Vətən sevgisi iləbirləşdirdiyini vurğulayıb. “Bu markalar sadəcə filatelistlər üçünmaraqlı kolleksiya nümunəsi deyil. Onlar torpaqlarımızın azadlığıuğrunda canından keçmiş qəhrəmanların xatirəsini yaşadan dərinmənalı əsərlərdir”, – deyə nazir müavini vurğulayıb.
Tədbir iştirakçıları şəhid övladlarının çəkdiyi rəsmlərlə tanışolublar və həmin rəsmlər əsasında hazırlanan poçt markalarınınsöndürülməsi uşaqların özləri tərəfindən həyata keçirilib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri SevincOrucova çıxışında layihənin mənəvi məzmununu diqqətə çatdırıb: “Buuşaqların baxışında, rəsmlərində və xatirələrində böyük bir Vətənsevgisi var. Onların hisslərini markalarda əbədiləşdirməklə həmşəhidlərimizin xatirəsinə ehtiramımızı göstərir, həm də uşaqlardagüclü vətəndaşlıq ruhunu bir daha görürük”.
Layihə şəhid övladlarının Vətənə bağlılığını, qürur və xatirəhisslərini incəsənət vasitəsilə ifadə etmək, onların duyğularınıcəmiyyətə çatdırmaq və şəhid ailələrinə mənəvi dəstək göstərməkməqsədi daşıyır.
Qeyd edək ki, rəsmlər uşaqların baxışını təcəssüm etdirdiyi üçünmarka kompozisiyası göz formasında tərtib edilib. Dizayn müəllifiOrxan Qarayevdir. İki blokdan ibarət buraxılış hər biri 3000tirajla Belarusda çap olunub.
Tədbir çərçivəsində son illərdə Zəfər Gününə həsr olunmuş poçtmarkaları və zərflərdən ibarət kiçik sərgi də nümayiş etdirilib.Mərasim uşaqlara hədiyyələrin təqdim edilməsi və xatirə fotosu iləyekunlaşıb.
Məlumat üçün bildirək ki, bu, “Azərpoçt” MMC və “Zəfər” ŞəhidAilələrinə Dəstək İctimai Birliyinin eyni qəbildən olan ikincilayihəsidir.