AZ

Bakı-Təl-Əviv reyslərinin həftəlik sayı 21-ə çatdırıla bilər

Bakı. Trend:

Gələn ilin mayından Bakı ilə Təl-Əviv arasında həftəlik uçuşsayının 21-ə qədər artırılması nəzərdə tutulur.

Trend xəbərverir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL)prezidenti Samir Rzayev sosial şəbəkədəki hesabında paylaşımedib.

Belə ki, o, İsrailin Azərbaycandakı yeni təyin olunmuş səfiriRonen Krausz ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə İsrail arasında ikitərəfliəməkdaşlığın inkişafı, xüsusilə aviasiya sahəsində əlaqələringenişləndirilməsi məsələlərini müzakirə edilib. Bu istiqamətdəbirgə təşəbbüslərin və əməkdaşlıq layihələrinin vacibliyivurğulanıb.

"Azərbaycan və İsrail arasında hava nəqliyyatı sahəsində davamlıartım dinamikası müşahidə olunur. Bu tendensiyanın davamı kimi,AZAL yaxın zamanda bu istiqamətdə uçuş sayını artırmağıplanlaşdırır. 2026-cı ilin mayından Bakı ilə Təl-Əviv arasındahəftəlik uçuş sayının 21-ə qədər artırılması nəzərdə tutulur. Buaddım hava əlaqələrinin genişləndirilməsi və qarşılıqlı sərnişinaxınının artması baxımından mühüm mərhələ olacaq. Son illərinstatistik göstəriciləri əməkdaşlığın miqyasını və inkişaf tempiniaydın şəkildə əks etdirir.

2024-cü ildə AZAL Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə həftədə 11uçuş olmaqla ümumilikdə 303 reys (gediş-gəliş) həyata keçirərək 74minə yaxın sərnişin daşıyıb: "2025-ci ilin yanvar-oktyabr aylarındaisə aviaşirkət həmin istiqamət üzrə həftədə 14 uçuş olmaqla 562reys yerinə yetirib və 147 mindən çox sərnişinə xidmət göstərib.Fəaliyyətimizi davam etdirərək əməkdaşlığın yeni imkanlarınınreallaşmasına töhfə verməyi hədəfləyirik", - paylaşımda qeydedilib.

Məqalədə:
Seçilən
4
10
az.trend.az

10Mənbələr